
Avropa İttifaqı (Aİ) müdafiə qabiliyyətini gücləndirməli və hərbi xərclərini artırmalıdır.
Bu barədə Aİ ölkələrinin birgə bəyannamədə deyilir.
“İttifaq müdafiəyə investisiyalar cəlb etmək, operativ hazırlıqları artırmaq və bununla da Avropanın müdafiə qabiliyyətini gücləndirmək üçün addımlar atır. Bu təşəbbüslər onun strateji muxtariyyətini genişləndirir, NATO-nun fəaliyyətini tamamlayır və gücləndirir”, – bəyannamdə vurğulanıb.
Bundan əlavə, Aİ-yə üzv dövlətlər hərbi əməkdaşlıq üzrə yeni pakt hazırlamağı öhdələrinə götürüblər. Paktın hazırlanmasına dair qərar ölkələrin liderlərinin NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündən sonra qəbul edilib.