Avropa İttifaqı liderləri gələn həftə kritik infrastrukturların təhlükəsizliyini müzakirə edəcəklər.

Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tviterdə yazıb.

Onun sözlərinə görə, “Şimal axını” boru kəmərlərinə qarşı təxribat Aİ üçün təhlükədir: “Biz kritik infrastrukturumuzu təhlükəsiz saxlamaqda qərarlıyıq. Liderlər bu məsələni Praqada keçiriləcək sammitdə müzakirə edəcəklər”.

İstinadlar Report