Avropa İttifaqı mayın 10-dan koronavirusa qarşı “rəqəmli yaşıl sertifikat” adı ilə tanınan peyvəndləmə sertifikatları sisteminin ilkin sınaqlarına başlayır.

Bu barədə jurnalistlərə bildirən Avropa Komissiyasındakı mənbəyə görə, sınaqlarda Aİ-nin 27 üzv ölkəsindən 19-u iştirak edəcək.

“Təsdiq işlərinin çox vaxt aparmayacağını, sənədin Aİ-də gündəlik tətbiqinə iyun ayından başlayacağını güman edirik” – deyə, mənbə qeyd edib.

İstinadlar Report