“Avropa İttifaqı (Aİ) Azərbaycanın azad olunmuş ərazilərində görülən bərpa və minalardan təmizləmə işlərini dəstəkləyir”.

Bunu Aİ-nin Azərbaycandakı nümayəndəsi Peter Mixalko azad olunmuş ərazilərdə infrastrukturun bərpasında təşkilata üzv ölkələrin iştirak edib-etməyəcəklərinə dair suala cavab verərkən bildirib.

“Azərbaycan hökumətindən hazırlanan planlara və layihələrə dair açıqlama eşitmək bizim üçün çox maraqlıdır. Əslində, Aİ indi ərazilərin bərpası və minalardan təmizlənməsi istiqamətində işləri dəstəkləyir. Sonrakı inkişaf baxımdan vacib şərt olan minalardan təmizləməyə dair UNDP-nin proqramlarını dəstəkləyirik”, – diplomat deyib.

İstinadlar Report