Avropa Birliyinin və ABŞ-ın rəhbər şəxslərinin 15 iyun tarixində baş tutacaq görüşündə müzakirə ediləcək mövzular açıqlanıb.

Agentlik qeyd edir ki, Aİ və ABŞ-ın rəsmiləri Brüsseldəki görüşdə, bir-birlərini qanunsuz olaraq milyardlarla ABŞ dolları dövlət yardımı almaqda günahlandıran “Boeing” və “Airbus” arasındakı bütün fikir ayrılıqlarını həll etmək niyyətindədirlər.

Bundan əlavə, görüşün yekununda imzalanacaq sənəddə ilin sonunadək polad və alüminiumla bağlı mövcud olan ticarət müharibəsinə son qoyulması niyyəti yer alacaq. Bu problem ABŞ-ın keçmiş prezidenti Donald Tramp administrasiyası dövründə yaranıb. Belə ki, Amerika Aİ-dən polad idxalına 25%, alüminium idxalına isə 10% rüsumlar tətbiq edir.

İstinadlar Report