Almaniyanın paytaxtı Berlində Avropa Etnik Xalqlar Federal İttifaqının (FUEN) beynəlxalq konfransı keçirilib.

Konfransa Avropa Parlamentinin Prezidenti onlayn şəkildə, Bunedstaq deputatları, torpaqlıqların rəhbərləri və Avropanın müxtəlif ölkələrindən azsaylı millətlərin nümayəndələri birbaşa qatılıb.

Konfransda Ukrayna Millətlər Assambleyasının əslən azərbaycanlı olan prezidenti Rövşən Tağıyevin təmsil etdiyi bu ölkənin nümayəndə heyətinin təklif etdiyi Rusiyanın Ukraynaya hücumu ilə bağlı qətnamə qəbul olunub. Sənəd İttifaqın adından BMT-yə də göndərilib. Qətnamədə İkinci Dünya müharibəsində faşistlərin Ukraynada törətdiyi qırğınlar, Babi Yar faciəsi bugünkü hadisələr fonunda təqdim olunub.

Konfrans çərçivəsində FUEN-də seçkilər keçirilib, rəhbər strukturlar yenidən təşkil olunub. Avropa Parlamentinin deputatı Loran Vincze yenidən İttifaqın prezidenti, türk mənşəli İbrahim Çik isə vitse prfezidenti seçilib. Ukrayna nümayəndə heyətini ukraynalılar ilə yanaşı bu ölkədə yaşamış azərbaycanlılar, moldovanlar, Krım tatarlar, yunanlar, macarlar və digər Assambleyada cəmləşən xalqların nümayəndələri təmsil edib. R. Tağıyev konfrans ərəfəsində avropalı deputatlar ilə bir sıra görüşlər də keçirib və Ukraynada gedən müharibə fonunda yeni dəstəklər müzakirə olunub. Avropanın bir sıra rus icması nümayəndələri də Rusiyanın apardığı müharibəni qınayıb.

Qeyd edək ki, Ukrayna Millətlər Assambleyası uzun illərdir FUEN-in üzvüdür.