Avropa dözülməz istilərdən və hektarlarla meşə sahəsini alova bürüyən yanğınlardan əziyyət çəkir.

Bu barədə “DailyMail” yazıb.

Fransa hökuməti Bordo yaxınlığındakı Jironde departamentində baş verən yanğının söndürülməsinə yardım göstərilməsi üçün bütün Avropa İttifaqı ölkələrindən əlavə qüvvələr çağırmağa məcbur olub. Orada minlərlə insan yanğınlar səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.

Qeyd olunur ki, ölkənin cənubunda şam ağaclarının olduğu 7 min hektar meşə sahəsini məhv edən yanğın bir aydan çoxdur davam edir.

İstinadlar Report