Bu gün futbol üzrə Avropa çempionatının 1/4 final mərhələsi başlayacaq.

İlk oyun günündə 2 qarşılaşma keçiriləcək.

Əvvəlcə İsveçrə və İspaniya yığmaları üz-üzə gələcək.

Rusiyanın Sankt-Peterburq şəhərindəki stadionda keçiriləcək bu oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Günün digər oyununda Belçika və İtaliya qarşılaşacaq.

Almaniyanın Münhen şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, bu iki oyunun qalibi yarımfinalda üzləşəcəklər..

Avropa çempionatı

1/4 final

20:00. İsveçrə – İspaniya

Baş hakim: Maykl Oliver (İngiltərə)

Sankt-Peterburq, “Sankt-Peterburq Arena”

23:00. Belçika – İtaliya

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

Münhen, “Münhen Futbol Arenası”