İsveçrə millisinin “Avro-2016″nın final mərhələsi üçün genişləndirilmiş heyəti açıqlanıb
Millinin baş məşqçisi Vladimir Petkoviç 28 futbolçuya dəvət göndərib:

Qapıçılar: Roman Byurki (“Borussiya” Dortmund), Marvin Xis (“Auqsburq”), İvon-Landri Mvoqo (“Yanq Boys”), Yan Zommer (“Borussiya” Münhenqladbax)

Müdafiəçilər: Yohan Djuru (“Hamburq”), Niko Elvedi (“Borussiya” Münhenqladbax), Mixail Lanq (“Bazel”), Ştefan Lixtştayner (“Yuventus”), Jak Fransua Mubandje (“Tuluza”), Rikardo Rodriqes (“Volfsburq”), Fabian Şyor (“Hoffenxaym”), Filipp Senderos (“Qrassxopper”), Stiv fon Berqen (“Yanq Boys”), Silvan Vidmer (“Udineze”)

Yarımmüdafiəçilər: Valon Bexrami (“Uotford”), Blerim Cemaili (“Cenoa”), Jelson Fernandeş (“Renn”), Fabian Fray (“Maynts”), Renato Şteffen (“Bazel”), Qranit Caka (“Borussiya” Münhenqladbax) , Denis Zakariya (“Yanq Boys”), Luka Zuffi (“Bazel”)

Hücumçular: Eren Derdiyok (“Kasımpaşa”), Bril Embolo (“Bazel”), Admir Mexmedi (“Bayer” Leverkuzen), Haris Seferoviç (“Ayntraxt” Frakfurt), Şerdan Şakiri (“Stok Siti”), Şani Taraşay (“Qrassxopper”)

Qeyd edək ki, yekunda 28 nəfərdən 23-ü “Avro-2016″ya aparılacaq.