Abşeronda evdən 37 min manatlıq oğurluq olub.
Məlumata görə, martın 22-də Abşeron rayonu Mehdiabad qəsəbəsində Vüsal Qurbanova məxsus mənzil qarət edilib.
V. Qurbanovun evindən 30 min manatlıq qızıl və 7 min manat  pul oğurlanıb.
Abşeron RPİ-nin Mehdiabad polis bölməsindən verilən məlumata görə, artıq hadisə yerindən əl izləri götürülüb.
Araşdırma aparılır.
Qeyd edək ki, Vüsal Qurbanov ATV-nin idman xəbərlərinin aparıcısıdır.

İstinadlar ONA