ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Azərbaycanın erməni hərbçiləri sərbəst buraxmasını alqışlayıb.

Sədr bununla bağlı tvitter hesabında paylaşım edib.

O, bütün əsirlərin və həlak olanların qalıqlarının mübadiləsi ilə bağlı tərəflərə çağırış edib., eləcə də, humanitar öhdəliklərə hörmətlə yanaşmağa çağırılıb.

Xatırladaq ki, mayın 4-də Azərbaycan üç erməni hərbçini sərbəst buraxıb.

Dünən ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şefer (Amerika Birləşmiş Ştatları) Azərbaycanın erməni hərbçilər Robert Vardanyan, Samvel Şuxyan və Seryan Tamrazyanı sərbəst buraxmasını alqışlayan bəyanat yayıb.

İstinadlar Qafqazinfo