ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoluna diplomat kimi fəaliyyətinə görə təşəkkür, Türkiyənin yeni XİN rəhbəri Hakan Fidanı isə təbrik edib.
Buyar Osmani bu barədə tviterdəki hesabında yazıb.
“Əzizim Mövlud Çavuşoğlu, həqiqətən ötən illər ərzində sizinlə işləmək çox xoş oldu. Şimali Makedoniya və Türkiyə arasında ənənəvi yaxın və dostluq münasibətlərini inkişaf etdirmək üçün davamlı istəyinizə görə təşəkkür edirik”, – ATƏT-in fəaliyyətdə olan sədri qeyd edib.
“Hakan Fidanı Türkiyənin yeni XİN rəhbəri təyin olunmağınız münasibətilə təbrik edirik.