
Avropa son 30 il ərzində ən böyük müharibə təhlükəsilə üz-üzə qalıb.
Bunu ATƏT-in fəaliyyətdəki sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau bildirib.
Rusiyanın adını çəkməyən diplomat bu ölkənin iştirak etdiyi iddia edilən bir sıra münaqişələri sadalayıb: “Son həftələr biz Şərqi Avropada böyük hərbi eskalasiya ehtimalı ilə üzləşmişik”.
“Ukrayna ətrafındakı münaqişənin dinc yolla həllinə diqqət yetirməliyik”, – polşalı nazir qeyd edib.