ATƏT-in baş katibi Feridun Sinirlioğlunun Cənubi Qafqaza səfəri təşkilatın regionda sülh və sabitliyin təmin edilməsinə qəti sadiqliyini nümayiş etdirib.

Bu barədə ATƏT-in baş katibin regiona səfərinin yekunlarına dair məlumatında bildirilib.

Məlumatda vurğulanıb ki, bu, eyni zamanda aktual çağırışların həllinə yönəlmiş səylərə dəstəyin ifadəsidir.

Təşkilatdan bildirilib ki, həm İrəvanda, həm də Bakıda baş katib ölkələrin regional sülh və sabitliyin təmin edilməsi istiqamətindəki səylərini alqışlayıb və sülh sazişinin tezliklə imzalanacağına ümid ifadə edib.

“Sülh sazişi mətninin razılaşdırılması barədə xəbər ilhamverici hadisədir. ATƏT Ermənistan və Azərbaycanı dayanıqlı sülhə doğru gedən yolda dəstəkləməyə hazırdır”, – F.Sinirlioğlunun sözləri təqdim edilib.

İstinadlar Report