Bazar günü axşam saatlarında Qəzza zolağından İsrailə bir neçə mərmi atılıb.

Bu barədə “The Jerusalem Post” yazıb.

Məlumata görə, bu, Fələstin anklavında atəşkəs qüvvəyə mindikdən sonra baş verib.

Nəşr qeyd edib ki, mərmilər yerli vaxtla saat 23:30-da (Bakı vaxtı ilə saat 00:30-red) atəşkəs rejiminin qüvvəyə minməsindən cəmi bir neçə dəqiqə sonra İsrailin cənub rayonları istiqamətində atılıb.Raketlərdən biri Eşkol qəsəbəsi yaxınlığındakı açıq əraziyə düşüb, xəsarət alan yoxdur.

İstinadlar Report