Sabirabadda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

“KAMAZ” markalı yük maşını “VAZ 2107” markalı minik avtomobili ilə toqquşub.

Nəticədə minik avtomobilinin sürücüsü 1981-ci il təvəllüdlü Abdullayev İbrahim Alış oğlu hadisə yerində ölüb.

İ.Abdullayevin 13 yaşlı oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli


İstinadlar Qafqazinfo