Ağcabədi rayonunda azyaşlının ölümünə səbəb olan avtomobil qəzası baş verib.

32 yaşlı Vəliyev Etibar Zalış oğlu VAZ 2106 maşını idarə edərkən yoldan çıxıb və avtomobil aşıb.

Nəticədə, sürücünün 2017-ci il təvəllüdlü oğlu Vəliyev Zalış Etibar oğlu həyatını itirib.

Xəstəxanaya gələn kənd sakinlərinin dediklərinə görə, sürücü Etibar Vəliyev qəzanı törətməmişdən əvvəl içki məclisində olub və içkili halda avtomobili idarə edib.

Faktla bağlı araşdırma aparılır.

İstinadlar Qafqazinfo