Bloqer Ata Abdullayev barəsindəki hökmdən narazıdır.

Bu onun vəkili Telman Talıbov məlumat verib. Vəkil bildirib ki, şikayət ərizəsi ötən həftə Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Qeyd edək ki, özünü bloqer kimi təqdim edən A.Abdullayev bu ilin martında DTX əməkdaşları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə ittiham elan edilib. Cinayət işi üzrə 4 zərərçəkmiş olub. Onlardan biri keçmiş MTN işçisi, biri Abşeron İcra Hakimiyyətinin əməkdaşı, digər ikisi isə sahibkar olub.

A.Abdullayev ötən ilin dekabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətə azadlıqdan məhrum edilib.