Astarada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə ötən axşam rayonun Motlayataq kəndi, Üləsi adlanan ərazidə qeydə alınıb.

Belə ki, ki kənd sakini Şahin Şiriyevin idarə etdiyi “Toyota” markalı avtomobil  idarəetmədən çıxaraq 100 metr hündürlükdən dərəyə aşıb.

Qəzada sürücü hadisə yeribdə dünyasını dəyişib. Avtomobildə olan sərnişini Motlayataq kənd sakini 1981-ci il təvəllüdlü Mətləb Vaqif oğlu Rzayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

İstinadlar Qafqazinfo