Astarada yol qəzasında bir nəfərin ölümündə təqsirləndirilən İmaməli Əliyevin ibtidai istintaq yekunlaşıb.

Iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Cəlil Nəbiyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə ötən ilin oktyabrında Astara rayonunun Heydər Əliyev prospektində baş verib.

Belə ki, rayonun Ərçivan kənd sakini, 19 yaşlı İ.Əliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən yağışlı havada idarəetməni itirərək, yol kənarındakı iri gövdəli ağaca çırpılıb.

Zərbənin təsirindən avtomobilldə olan 18 yaşlı sərnişin İmaməli Hüseynov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

İstinadlar Report