Astara rayonunda 9 yaşlı uşaq itkin düşüb.

Hadisə rayonun Maşxan kənd ərazisində baş verib.

Belə ki, kənd sakini 9 yaşlı Reyhan Məmmədtağı qızı Məmmədzadənin bu gün məktəbdən evə qayıdarkən itkin düşdüyü bildirilir.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, məktəblinin axtarışı elan olunub və tapılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Surxay Şahbazov