2020-ci ilin yanvar ayının 19-da Azərbaycan Respublikasının Astara şərində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin və İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı general-mayor Qasım Rzayinin rəhbərliyi altında nümayəndə heyətlərinin işçi görüşü keçirilmişdir. 

Tərəflər sərhəd mühafizə qurumları rəhbərlərinin bilavasitə dövlət sərhədində ənənəyə çevrilmiş işçi görüşlərinin əhəmiyyətini müsbət qiymətləndirmişlər.

 

Nümayəndə heyətləri regionda cərəyan edən hadisələr fonunda dövlət sərhədində mövcud əməliyyat şəraitinə dair əhatəli fikir mübadiləsi aparmış, sərhəd təhlükəsizliyinin təminatı məsələləri, dövlət sərdindən buraxılış məntəqələrində etibarlı sərhəd nəzarətinin təşkil edilməsi, transsərhəd cinayətkarlığın təzahürləriilə mübarizə üzrə fəaliyyətlərin, əvvəlki görüşlərəldə olunmuş razılaşmaların icrasını nəzərdən keçirmiş, sərhəd mühafizə strukturlarının qarşısında duran vəzifələrin effektiv icrası baxımından qarşılıqlı əlaqələndirmənin və əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulamışlar.

Tərəflər Azərbaycan Respublikasının və İran İslam Respublikasının iştirak etdiyi beynəlxalq əhəmiyyətli nəqliyyat layihələri çərçivəsində sərhəd infrastrukturunun təkmilləşdirilməsi, sərhəd nəzarəti prosedurlarının sürətləndirilməsi məqdilə həyata keçirilən tədbirləri xüsusi vurğulamış, bununla yanaşı “Astara” dəmiryolu buraxılış məntəqəsinin, yeni avtomobil yolu və piyada keçidinin tikintisi ilə bağlı aidiyyəti tədbirlərin əlaqələndirilməsi, dövlət sərhədində qanunsuz fəaliyyətlərlə mübarizənin həyata keçirilməsi və məlumat mübadiləsinin təmin edilməsi, Xəzər dənizində qarşılıqlı əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd etmişlər.    

Görüşdə sərhəd mühafizəsi sahəsində qarşılıqlı maraq kəsb edən məsələlər üzrəmüzakirələrin aparılması, əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə işçi görüşlərin davam etdirilməsi barədə razılıq əldə edilmişdir.