Astarada evdən kişi meyiti tapılıb.

Hadisə Astara şəhərində mənzillərin birində qeydə alınıb.

Belə ki, 1977-ci il təvəllüdlü Nizami Vidadi oğlu Kərimovun meyiti yaşadığı mənzildə asılı vəziyyətdə tapılıb.

İlkin məlumata görə, 3 qız, 1 oğul atası olan Nizami Kərimovun özünü asaraq intihar etdiyi bildirilir.

Qeyd edək ki, N. Kərimov sakini olduğu rayonda bərbər kimi fəaliyyət göstərib.

Surxay Şahbazov