
Qazaxıstanın paytaxtı Astanada aprelin 26-da Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək.
Bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“ŞƏT-ə üzv dövlətlərin müdafiə nazirliklərinin rəhbərlərinin, təşkilatın baş katibi, Regional Antiterror Strukturu İcraiyyə Komitəsinin direktoru və Belarus Respublikasının müdafiə nazirinin gəlişi gözlənilir”, – məlumatda deyilir.