Azərbaycanın tikinti bazarı Rusiyanın tikinti bazarı ilə əlaqəli fəaliyyət göstərdiyi üçün qonşu ölkəyə qarşı tətbiq edilən sanksiyalardan irəli gələn qiymət artımı və digər fəsadlar bizim ölkədən də yan keçmir.

Bunu “Report”a açıqlamasında “Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası” İctimai Birliyinin sədri Ramiz İsayev bildirib.

“İki ölkə bir-biri ilə bağlıdır. Odur ki, bir ölkədə qeydə alınan qiymət artımı və yaxud logistikay problemi digər ölkəyə təsir edir. Baxmayaraq ki, Azərbaycanın tikinti bazarında Türkiyədən gətirilən materialların payı da kifayət qədər çoxdur. Məsələn, santexnika məmulatları, kauçuk, plastik boru, qapı-pəncərə, kafel, divar kağızı kimi məhsullar əsasən bu ölkədən idxal edilir. Rusiyadan isə əsasən dəmir məmulatları, taxta və digər materiallar idxal olunur. Bununla yanaşı Azərbaycana Qazaxıstan, Belarus, Ukrayna və digər bir sıra ölkələrdən də tikinti materialları tədarük edilir”.

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əsas kapitala 9 milyard 438,7 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2 % çox investisiya yönəldilib. Bunun da 6 milyard 632,7 milyon manatı və yaxud 70,3 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əsas kapitala 11 milyard 216,9 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 % çox investisiya yönəldilib. Bunun 8 milyard 90,5 milyon manatı və yaxud 72,1 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

İstinadlar Report