“WikiLeaks”in qurucusu Culian Assanjın ABŞ-a ekstradisiyası ilə bağlı qərarın martda veriləcəyi gözlənilir.
Bu barədə “WikiLeaks”in “X” səhifəsində bildirilib.
“Mart: Culian Assanjın müraciəti ilə bağlı yekun qərar”, – paylaşımda qeyd olunub.
Bundan əvvəl C.Assanj Böyük Britaniyadan ABŞ-a ekstradisiyaya qarşı apellyasiya şikayəti vermişdi.