Bu ilin sonunda Aşqabadda Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müşavirəsinin keçirilməsi planlaşdırılır.
Bu barədə Rusiyanın Aşqabaddakı müvəqqəti işlər vəkili Pyotr Şukin bildirib.
“Xəzər regionunun geostrateji, siyasi, resurs, nəqliyyat və iqtisadi potensialını nəzərə alsaq, onun Avrasiyanın mərkəzində yerləşən ən mühüm birləşdirici halqa kimi rolu yalnız artacaq. Xəzər regionunun bütün dövlətlərinin ərazisindən keçən və hazırda inkişafı istiqamətində işlərin fəal şəkildə aparıldığı “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti də artmaqdadır”, – diplomat deyib. .