Avropa Şurası Parlament Assambleyası (AŞPA) qadınlara qarşı zorakılığa dair qətnamə qəbul edib.

“Qadınlara qarşı zorakılığa dair İstanbul Konvensiyası” adlı qətnamədə üzv ölkələr qadınlara qarşı zorakılıqla mübarizədə daha ciddi və davamlı tədbirlər görməyə dəvət olunurlar.

Qətnamədə bildirilir ki, qadınlara qarşı zorakılıq insan hüquqlarının pozulmasıdır və qadınlarla kişilər arasında bərabərsizliyin möhkəmlənməsinə xidmət edir.

Assambleya üzv ölkələri Avropa Şurasının 2014-cü ildə qəbul etdiyi qadınlara qarşı zorakılığın qarşısının alınması və mübarizə aparılması, ailə zorakılığına dair İstanbul Konvensiyasını ratifikasiya etməyə dəvət edir.

Bununla yanaşı, AŞPA üzv dövlətləri Konvensiyanın dəyərləri və məqsəd və müsbət nəticələrini istər beynəlxalq, istərsə də ölkə daxilində yaymağa çağırır.

Qeyd edək ki, İstanbul Konvensiyası Avropa Şurasının 34 ölkəsi tərəfindən ratifikasiya edilib və 11 ölkəsi tərəfindən imzalanıb.

İstinadlar Report