Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidəçilər qrupu ölkənin Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsini qiymətləndirmək üçün dekabrın 8-10-da Gürcüstana səfər edəcək.Bu barədə bazar ertəsi qurumun mətbuat xidməti məlumat yayıb.

“Gürcüstanın Avropa Şurası qarşısında vəzifə və öhdəliklərinə riayət olunmasının monitorinqi üzrə AŞPA həmməruzəçiləri Titus Korletsyan və Klod Kern 2021-ci il dekabrın 8-dən 10-dək bu ölkəyə faktaraşdırıcı səfər edəcək. Müzakirələrdə əsasən son siyasi hadisələr, 2021-ci ilin oktyabrında keçiriləcək yerli seçkilər, məhkəmə islahatları və etnik, dini və cinsi azlıqların problemi müzakirə olunacaq”, – məlumatda deyilir. 

Səfər zamanı müşahidəçilər Gürcüstan hakimiyyətinin nümayəndələri, AŞPA-dakı Gürcüstan nümayəndə heyəti və parlamentdəki siyasi fraksiyalarla görüşməyi planlaşdırırlar. Onlar həmçinin ədliyyə, Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin nümayəndələri və azlıqları müdafiə edən təşkilatların nümayəndələri ilə görüşməlidirlər.

 

İstinadlar Qafqazinfo