Avropa Şurası Parlament Assambleyası (AŞPA) böhran zamanı medianın roluna dair qətnamə qəbul edib.

Sənəddə media azadlığı, plüralizm və müstəqil medianın mövcudluğunun demokratik cəmiyyətlər üçün vacib ilkin şərtlər olduğu, lakin sağlam medianın əhəmiyyətinin böhran dövrlərində özünü daha aydın göstərdiyi bildirilib.

“Azad və müstəqil media vətəndaşlara düzgün, dolğun və keyfiyyətli məlumat verməlidir ki, bu, onun hüququ olmaqla yanaşı, həm də vəzifəsidir. Vətəndaşların media vasitəsilə böhranlarla bağlı etibarlı, aydın məlumatlara çıxışının olması çox vacibdir. Çünki bu cəmiyyətin böhran vəziyyətləri ilə – səhiyyə sistemində böhranlar, təbii fəlakətlər, terror aktları, sosial zorakılıq və ya silahlı münaqişələr zamanı effektiv mübarizə aparmaq bacarığına əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Media dialoqun yaradılmasında və münaqişələrin qarşısının alınmasında da mühüm rol oynaya bilər”, – qətnamədə vurğulanıb.

İstinadlar Report