“Azərbaycanlılar minalanmış və yenidən tikilməyə ehtiyacı olan bir əraziyə necə qayıdacaqlar?”.

Bu sualla deputatlara Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyası çərçivəsində keçirilən iclaslar zamanı qurumun Monitorinq Komitəsinin Ermənistan üzrə həmməruzəçisi, Finlandiyadan seçilmiş deputat Kimmo Kilyunen müraciət edib.

Kimmo Kilyunen Dağlıq Qarabağ münaqişəsi bitdikdən sonrakı mərhələdə azərbaycanlı köçkünlərin geri qayıtmalarını təmin etmək üçün bu ərazilərin minalardan təmizlənməsi və yenidən qurulmasının ən vacib məsələlərdən olduğunu bildirib:

“Bütün hərbi əməliyyatlar siyasətin məğlubiyyəti deməkdir. İndi ki münaqişə bitib barışıq və inamın yaranması mərhələsi başlayıb. Bu mərhələdə iki problemi diqqətinizə çatdırmaq istəyirəm. İlk növbədə azərbaycanlıların Dağlıq Qarabağa geri dönmələri ilə bağlıdır. Bu insanlar geri torpaqlarına qayıtmağı gözləyirlər. Lakin bu ərazi hansı vəziyyətdədir? Ora minalanmış və yenidən tikiləməyə ehtiyacı olan bir ərazidir. Hər iki ölkə, Azərbaycan və Ermənistan bə ərazilərin beynəlxalq ekspertlərin iştirakı ilə minalardan təmizlənməsi məsələsində razılığa gəlməlidirlər”.

İstinadlar Report