Türkiyə Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Erkan Özoralın Azərbaycanda diplomatik fəaliyyətə başlaması ilə əlaqədar tanışlıq məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyətində görüşü keçirilib.

Görüş zamanı Azərbaycan və Türkiyə dövlətləri arasında olan dostluq və qardaşlıq əlaqələrinin möhkəmliyini vurğulayan Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov  mövcud əməkdaşlığı xüsusilə yüksək qiymətləndirib. Təyinatı ilə bağlı təbriklərini ifadə edərək ona gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Səfir Erkan Özoral Azərbaycanda səfir kimi diplomatik fəaliyyətə başlaması ilə əlaqədar ikitərəfli əlaqələrin daha da genişlənməsi və güçləndirilməsi  üçün həyata keçiriləcək tədbirlərdən danışıb və bildirib ki, uzun illərdir qəlbində Azərbaycana böyük hörmət və məhəbbət hissi formalaşıb.

Daha sonra A. Əsgərov E. Özorala qədim Bakının mənzərəsini əks etdirən rəsm əsərini xatirə olaraq hədiyyə edib.

Asif Əsgərov Türkiyə səfirini qəbul edib
Asif Əsgərov Türkiyə səfirini qəbul edib

(Qafqazinfo)