Ağcabədidə 30 yaşlı qadın qaçırılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Qeyd edilib ki, mart ayının 7-də Laçın rayon sakini, 1992-ci il təvəllüdlü bir qızın qaçırılması ilə bağlı Laçın Rayon Polis Şöbəsinə məlumat daxil olub:

“Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir”.

Sözügedən qadın “ASAN Xidmət” Mərkəzinin əməkdaşıdır.