Aşağı Güzdək qəsəbəsində ətraf mühiti məişət tullantıları ilə çirkləndirən daş sexi aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Abşeron Rayon Polis İdarəsi və ETSN-nin 4 saylı Regional İdarəsinin əməkdaşları ətraf mühitin mühafizəsinin gücləndirilməsi və sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində keçirdikləri növbəti birgə tədbir zamanı Aşağı Güzdək qəsəbəsində yerləşən daş sexlərindən birində məişət tullantıların qalaqlanması faktı aşkar edilib.

İstinadlar Report