Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-polkovnik Arzu Rəhimov Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin Hərbi Çağırış Xidməti baş direktorunun müavini Mehmet Erdoğanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “Report”a Dövlət Xidmətindən məlumat verilib.

Görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, hərbi xidmətə çağırış və səfərbərlik sahəsində təcrübə mübadiləsinin daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

İstinadlar Report