Qobustan rayon prokurorluğunun məlumatı
Xəbər verildiyi kimi, cari il martın 2-də Qobustan rayonu ərazisində 1982-ci il təvəllüdlü Günel Cabbarovanın qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
İstintaqla 1973-cü il təvəllüdlü Mürsəl Cabbarovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Günel Cabbarovanı iplə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Mürsəl Cabbarova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilərək barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorunun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.