Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını bıçaqlamaqda təqsirləndirilən Alim Süleymanovun məhkəməsi başlayıb.

Hakim Tamilla Nəsrullayevanın icraatında olan prosesdə hazırlıq iclası keçirilib.
Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirildikdən sonra cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses yanvarın 17-də davam etdiriləcək.

 Bakıda yaşayan 1956-cı il təvəllüdlü A.Süleymanov qeyri-rəsmi nikahda yaşadığı həyat yoldaşı bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

İstinadlar Qafqazinfo