Bakı Beynəlxalq Avtovağzal Kompleksində sərnişinlər üçün koronavirusa qarşı vaksinasiya məntəqəsi təşkil edilib.

Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova feysbuk hesabında məlumat verib. Onun sözlərinə görə, vaksinasiya xidmətindən sərnişinlər faydalana bilərlər:

“Sərnişin regionda birinci doza vaksin olunubsa və ikinci dozanın vaxtı çatıbsa, Bakıya daxil olan kimi bu məntəqədə ikinci doza peyvənd oluna bilər. Məntəqədə vaksin preparatlarını saxlamaq üçün xüsusi soyuducu var, hər şey yüksək səviyyədə təşkil olunub”.

 

İstinadlar Qafqazinfo