“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Qazaxıstanda keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsində istifadə ediləcək silah və texnikaya baxış keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Ölkəmizi müsabiqədə təmsil edəcək artilleriyaçılarımız silah və döyüş texnikası qəbul ediblər, müsabiqəsinin mərhələlərinin keçirilməsi üsullarının məşq etdirilməsinə başlayıblar.

Həmçinin hakimlər heyətinin üzvləri təlim sahəsi ilə tanış olublar.

İstinadlar Report