Amerika aktyoru və siyasətçi Arnold Şvarsenegger qəzaya düşüb.

Bu barədə TMZ nəşri bildirib.

“Arnold “Yukon” markalı avtomobillə hərəkətdə olarkən idarə etdiyi nəqliyyat vasitəsi qırmızı “Prius”la toqquşub. Qəza zamanı onun avtomobili yuvarlanmağa başlayıb və Priusun damının üstünə düşüb”, – nəşr bildirib.

Şahidlərin dediyinə görə, toqquşma o qədər güclü olub ki, “Yukon”un təhlükəsizlik yastıqları açılıb.

“Prius”u idarə edən qadın xəstəxanaya aparılıb.

“Bizə Arnoldun yaxşı olduğunu söylədilər”, – TMZ qeyd edib.

İstinadlar Report