“2022–ci il Formula 1 Azərbaycan Qran Prisi ərzində nəqliyyatın hərəkətindəki məhdudiyyətlə əlaqədar göstərdikləri anlayışa görə şəhər sakinlərinə və sürücülərə təşəkkürümüzü bildiririk”.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin direktoru Arif Rəhimov deyib.

O, Bakı Qran-prisinə görə sakinlər üçün yaranan çətinlikdən danışıb. A.Rəhimov növbəti illərdə keçiriləcək Formula 1 yarışlarında məhdudiyyətlərin minumuma endirilməsi üçün addımlar atılacağına bildirib:

“Sakinlərin rahatlığının təmin olunması və yollardakı gərginliyin minimuma çatdırılması istiqamətində növbəti illərdə də Bakı Şəhər Halqası tərəfindən zəruri addımlar atılacaq”.

İstinadlar Qafqazinfo