Argentinanın yeni seçilmiş prezidenti Xavyer Miley katoliklikdən iudaizmə keçməyə qərar verib.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilib ki, Argentina lideri noyabrın 25-də Buenos-Ayresdə iudaizm ayinində iştirak edib və orada ravvindən xeyir-dua alıb. Noyabrın 27-də isə Nyu-Yorkda məşhur yəhudi ravvin Menahem Mendel Şneersonun məzarını ziyarət edib. Agentlik yazır ki, bu jest onun Argentinanın İsraillə mədəni və siyasi əlaqələrini dərinləşdirməyə nə qədər sadiq olduğunu nümayiş etdirir.

Beləliklə, qeyd olunub ki, X.Miley ölkəsində tarixinin ən israilyönlü lideri ola bilər.

İstinadlar Report