Argentinalı hakim Xulian Erkolini keçmiş prezident Alberto Fernandesin Fabiola Yanesə qarşı ailədaxili zorakılıq iddialarına görə ölkədən çıxışına qadağa qoyub.
Bu barədə keçmiş dövlət başçısı “X” sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, hakim keçmiş dövlət başçısına əvvəllər Fernandesi fiziki və psixoloji zorakılıqda ittiham etmiş Yanesə yaxınlaşmağı da qadağan edib.