Argentinanın eks-prezidenti Maurisio Makri 4 il əvvəl yoxa çıxan “San Juan” sualtı qayığının ekipajının ailə üzvlərini qanunsuz izləmədə ittiham edilir.

Bu barədə “La Nación” qəzeti məlumat yayıb.

Məlumata görə, keçmiş dövlət başçısının ümumi məbləği 100 milyon peso (990 min ABŞ dolları) olan əmlakına həbs qoyulub, Makriyə isə ölkədən çıxmaq qadağan edilib.

Sabiq prezident hazırda Çilidədir, bu səbəbdən qadağa o, qayıtdıqdan sonra qüvvəyə minəcək.

İddialara görə, Federal Kəşfiyyat İdarəsi 2017-2018-ci illərdə “San Juan” sualtı qayığının ekipaj üzvlərinin qohumlarını qanunsuz olaraq izləyib.

İstinadlar Report