Argentinanın iqtisadiyyat naziri Martin Quzman vəzifəsindən istefa verib.

Nazir istefası barədə Prezident Alberto Fernandesə ünvanlanan məktubu tviterdə dərc edib.

“Tamamilə unikal ssenari ilə yadda qalan bu 30 aydan çox iş zamanı mənə və nazirlikdə formalaşdırdığımız komandaya göstərdiyiniz etimada görə Sizə təşəkkürümü bildirirəm. Hökumətimiz hakimiyyətə gələndə Argentina dərin iqtisadi, sosial və borc böhranı bataqlığında qalmışdı ki, bu böhrana əvvəlcə qlobal pandemiya, sonra isə Ukraynadakı hazırkı müharibə əlavə olundu və bu, beynəlxalq iqtisadi sistemin fəaliyyətini ciddi şəkildə pozdu”, – M.Quzman məktubundan vurğulayıb.

İstinadlar Report