Argentinanın Neuken əyalətində neft emalı zavodunda baş verən partlayışda 3 nəfər həlak olub.

Bu barədə Plaza Uinkul şəhərinin meri Qustavo Suares bildirib.

Merin sözlərinə görə, hazırda yanğınsöndürənlər hadisə yerində işləyir, yanğın hələ ki, nəzarətə götürülməyib. İndi onlar yanğının daha geniş əraziyə keçməsinin qarşısını almağa çalışırlar.

İstinadlar Report