
Argentinada meymunçiçəyi xəstəliyindən ilk ölüm faktı qeydə alınıb.
Bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyi təsdiqləyib.
“Noyabrın 22-də ilk ölən – 44 yaşlı risk qrupunda olan (İİV/QİÇS) kişi barədə məlumat daxil olub. Xəstə oktyabrın 9-da reanimasiya şöbəsinə yerləşdirilmişdi”, – məlumatda qeyd olunub.
Noyabrın 22-dək Argentinada meymunçiçəyinə 895 yoluxma halı qeydə alınıb.Xəstələrin 98,5 faizi kişilərdir.