Argentinanın paytaxtı Buenos-Ayresdə isti hava səbəbindən elektrik şəbəkələrinin sıxlığı yüz minlərlə sakin işıqsız qalıb.

Bu barədə “La Nacion” qəzeti məlumat yayıb.

Məlumata görə, 700 mindən çox sakin elektrik enerjisinin kəsilməsindən narazılıq edir.

Fasilə səbəbindən koronavirus testi və peyvənd mərkəzləri işləri dayandırmağa məcbur olub.

İstinadlar Report