Buenos-Ayresdə Argentina Konqresinin binası qarşısında etiraz aksiyasının dağıdılması nəticəsində 10 yaşlı qız da daxil olmaqla 20-yə yaxın adam yaralanıb.

Bu barədə C5N telekanalı məlumat yayıb.

Məlumata görə, zərərçəkənlərin əksəriyyəti rezin güllələrdən aldıqları xəsarətlər və gözyaşardıcı qazın təsirindən həkimə müraciət ediblər.

İstinadlar Report