Argentina və Uruqvay işıqsız qalıb. Buna hər iki dövlətin elektrik təchizatı sistemində yaranmış nasazlıq səbəb olub. Hazırda problemin səbəbləri araşdırılır.

Ümumilikdə 48 milyona yaxın insan işıqsız qalıb.

Bildirilir ki, sözügedən ölkələrdə ictimai nəqliyyatın, xüsusilə də, qatarların hərəkəti dayandırılıb, işıqforların işində problemlər yaranıb.

Braziliya və Paraqvayın bəzi hissələrində də elektrik enerjisinin verilişi ilə bağlı problemlər müşahidə olunur.

İstinadlar Report